Çox zaman solo ifa ilə tamaşaçıların görüşünə gələn musiqiçi Bakıda trio ilə çıxış etməyi qərarlaşdırıb. O, kontrabasda fərqli tərzdə ifası, bu alətdə bir neçə texnikanı eyni anda istifadə etməsi ilə diqqət çəkir.
Konsertdən əvvəl çıxış edən İsrailin Azərbaycandakı müvəqqəti işlər vəkili Avital Rozenberq festivalı sənət bayramı adlandırdı. Bildirdi ki, festivalda İsrail musiqiçilərinin iştirakı ölkələrimizin bir-birinin mədəniyyətini tanıması baxımından əhəmiyyət kəsb edir: “İşimin ən gözəl tərəflərindən biri də budur ki, zamanla həm Azərbaycan, həm də İsrailin sənət dünyası ilə bağlı biliklərimi daha da artırıram. Bu yay festivalında iştirakımızdan məmnunluğumu ifadə edirəm”.
Sonra Adam Ben Ezranın triosu səhnəyə çıxdı. Yayın unudulmaz caz əhvallı axşamı İsrail musiqiçilərinin təkrarsız ifaları sayəsində əhvallara xoş təsiri ilə yaddaşlara köçdü.