Vaxt.Az

Neftin taleyi …


 

“OPEC müqaviləsi uzanarsa, …”

Neftin taleyi … Rusiyanın neft şirkəti “Qazprom” rəhbərlərindən Aleksandr Dyukov, Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) ilə OPEC-ə üzv olmayan bəzi ölkələr arasında neft hasilatının azaldılması müqaviləsinin uzadılmasının neft qiymətlərini 55- 65 dollar səviyyəsində sabitləşdirəcəyini bildirib.

Dyukov “Rossiya 24”ə verdiyi müsahibəsində, bu ay başa çatacaq OPEC ilə OPEC-ə üzv olmayan bəzi ölkələr arasında müqaviləyə dair prosesləri qiymətləndirib.

Müqaviləyə tərəf ölkələr arasında danışıqların davam etdiyinə işarə edən Dykov, “Tərəflər böyük ehtimalla yeni bir razılaşmaya gələcək və ya hər bir halda mövcud müqavilə davam etdiriləcək”, - deyib.

Müzakirələrin hasilatın həcminə dair vurğulayan Dykov, “Hasilat bir qədər də artırıla və ya azaldıla bilər, ancaq məncə bunun artıq əhəmiyyəti yoxdur. Müqavilənin uzadılması neft qiymətlərini 55- 65 dollar səviyyəsində saxlayacaq”, - deyib.

 





14.06.2019    çap et  çap et