ABŞ Prezidenti Donald Tramp FED-i tənqid etməyi davam etdirir.Tramp “ABC News”a verdiyi müsahibəsində, FED faiz artırmasaydı inkişafın 1.5 faiz çox, Dou Cons (Dow Jones) indeksinin də ən azı 10 min bənd daha yüksək olacağını söyləyib.
2018-ci ilin əvvəlində namizəd göstərdiyi FED sədri Ceremi Paueli (Jerome Powell) tez-tez tənqid edən Tramp FED-in faiz endirməsi lazım olduğunu dilə gətirir.
Tramp, “mən onu seçdim, ancaq onunla tamamilə fərqli fikirdəyəm. Bilirsiniz FED müstəqildir, ancaq etdiklərindən məmnun deyiləm”, -əlavə edib.
çap et