Vaxt.Az

Siyasi böhran çözüldü?


 

ABŞ, Avropa və Rusiya Moldovada razılaşdı

Siyasi böhran çözüldü? Demokrat Partiyasının lideri, oliqarx Vlad Plaxotnyuk ABŞ səfiri Derek Hoqan (əvvəl Azərbaycanda çalışıb) ilə görüşdən sonra hakimiyyəti yeni hökumətə təhvil verməyə razılaşdı. DP müxalifətə keçir.

Beləliklə, ölkədə qərbyönümlü ACUM bloku və Rusiyaya yaxın sosialistlərin koalisiyasından ibarət maraqlı bir siyasi simbioz ortaya çıxdı. Baş nazir vəzifəsini ACUM liderlərindən Maya Sandu tutdu. Kabinetdə 10 nazirdən cəmi 2-si sosialistdir. Xarici işlər, daxili işlər, maliyyə, təhsil kimi strateji nazirliklər ACUM-un əlindədir. Parlament sədrliyi isə sosialistlərə verildi.

Hökumət proqramında avrointeqrasiyanın davam etdiriləcəyi yazılıb.

Ən vacib məqam isə 3 geopolitik mərkəz - ABŞ, Avropa Birliyi və Rusiyanın Moldovada rəqabəti təxirə salıb, anlaşmasıdır. Mən önümüzdəki dönəmdə Dnestryanı münaqişənin həllində də ciddi tərəqqi gözləyirəm. Bu üçlüyün Ukrayna və Gürcüstanın taleyi ilə bağlı oturub razılığa gəlməsi də istisna deyil.

 





15.06.2019    çap et  çap et