Bu gün Topaz Premyer Liqasının 24-cü turu çərçivəsində Azərbaycan derbisi - «Neftçi» - «Qarabağ» oyunu keçiriləcək. Futbolinfo.az xəbər verir ki, bu turun ən prinsipial qarşılaşması öncəsi Peşəkar Futbol Liqasının mətbuat xidmətinin rəhbəri Aslan Şahgəldiyev sosial şəbəkələrdən birində bu matçla bağlı maraqlı status paylaşıb.Oyun haqda 3 nəfərin - «Qarabağ»ın mətbuat xidmətin rəhbəri Nurlan İbrahimovun, «Neftçi»nin mətbuat katibi Gündüz Abbaszadənin və özünün düşündüklərini paylaşıb:
Gündüz Abbaszadə: «Ay Allah, bir dənə bu gün «Qarabağ»ı udaq, qoy çempion edə bilməsinlər onları. Bir dənə udaq, heç nə istəmirəm. Elə sevinəcəm, elə sevinəcəm, nətəriii!»
Nurlan İbrahimov: «Bu oyunu udsaq, sevincimdən uçacam eyy! Gündüzə nə acıq verərəm, oyundan sonra gəlib məni qələbə münasibətilə təbrik edər. Çempionlar Liqası bizi gözləyir. 3 ildi onları çempion edirlər. Bu il çempion olaq, heç nə istəmirəm».
Aslan Şahgəliyev: «Yeri, göyü yaradan, Sənə qurban olum. Bal alanın da, bal satanın da... Bir dənə bu gün penaltidən, ofsayddan qol-zad olmasın, yoxsa səhərə kimi işdə qalacam. Axşam ad gününə getməliyəm. Penalti olsa, yenə tort yeməyə çatacam. Lülə, tikə, dana basdırması istəyirəm».
çap et