1. İran. Bu ölkə dəfələrlə bəyan etmişdi ki, ona qarşı neft embarqosu tətbiq olunduqdan sonra Hörmüz boğazını bağlayacaq, digər bölgə ölkələrinin də neft satmasına imkan verməyəcək.
2. İranı zərbə altında qoymaq istəyənlər. Sirr deyil ki, Səudiyyə Ərəbistanı və İsrail ABŞ-ı İrana qarşı daha sərt addımlara, o cümlədən hərbi zərbələrə sövq etməkdə maraqlıdırlar. (ABŞ-ın özünün də burada iştirakı mümkündür.)
3. Neftin qiymətinin yüksəlməsində maraqlı olanlar. Başda Səudiyyə Ərəbistanı olmaqla, Rusiya, İran kimi büdcəsi neft gəlirlərindən asılı olan ölkələr maraqlıdır ki, neft ucuzlaşmasın. Dünən axşam neftin qiyməti 60 dollardan aşağı düşmüşdü, bu hadisədən sonra 62 dolları keçdi.