D. Tramp həyata keçirdiyi iqtisadi siyasətin rekordlar qırdığını və böyük perspektivlərə malik olduğunu qeyd edib: “Əgər məndən başqa kimsə 2020-ci ildə seçkilərdə qalib gəlsə, əvvəllər görünməmiş şəkildə bazar çökəcək. ABŞ-ı böyük saxlayın!”.
Qeyd edək ki, D. Tramp 2016-cı ilin noyabrında Prezident seçilib, 2018-ci ildə ikinci müddət üçün Prezident seçkilərində iştirak edəcəyini açıqlayıb. D. Tpampın mümkün rəqibləri arasında Demokrat Partiyasından sabiq vitse-prezident Co Bayden var.