Vaxt.Az

Nəhsin zirvəsi


 

“Bitcoin” yüksəlişdə

Nəhsin zirvəsi Kriptovalyuta vahidləri bazarının ən böyük üzvü “Bitcoin”in qiyməti, ABŞ Mərkəzi Bankının faiz qərarı və geosiyasi gərginliklərin təsiri ilə 9696 dollara qalxıb. Bu gün “Bitcoin” 4,5 faiz bahalaşıb.

“Bitcoin”in qiyməti 2018-ci ilin May ayından bəri ən yüksək səviyyəni görüb.

ABŞ Mərkəzi Bankının (Fed) faizi sabit saxlanmasının ardından iyulda faiz endiriminə gedə biləcəyi gözlənilir. ABŞ-ın İrana yönəlmiş təhdidləri geosiyasi gərginlikləri artırıb. ABŞ-ın İranın hava sahəsindəki bir dronu vurmasının ardından iki ölkə arasında ABŞ-ın sanksiyalarına görə mövcud gərginliklər yüksəlib. ABŞ Prezidenti Donald Trampın İrana hücum əmri verdiyi, sonra əmri geri götürdüyü iddia edilib.

Sözügedən proseslərin ardından kriptovalyuta birjası “Gemi”nin banislərindən Taler Vinklevos (Tyler Winklevoss) “Bitcoin”in yenidən 10 min dollara yüksələcəyi proqnozunu verib.

 





22.06.2019    çap et  çap et