Vaxt.Az

İmamoğlu sabah işə başlayır


 

Bəs Binəli İldırım?

İmamoğlu sabah işə başlayır Türkiyənin İstanbul Böyük Şəhər Bələdiyyəsinin yeni sədri Əkrəm İmamoğlu iyunun 27-də vəzifəsinin icrasına başlayacaq.

Türkiyənin NTV telekanalının məlumatına görə, o, səlahiyyətləri sabah yerli vaxtla saat 18.30-da təhvil alacaq.

Bəs onun seçkilərdəki əsas rəqibi-hakim Ədalət və İnkişaf Partiyasından İstanbul bələdiyyə sədri vəzifəsinə namizəd olmuş Binəli İldırım bundan sonra nə ilə məşğul olacaq?

“Habertürk”ün məlumatına görə, B.İldırım təkrar bələdiyyə seçkilərinin nəticələri barədə danışarkən bildirib ki, deyiləsi bir şey yoxdur, nəticə ortadadır. O, bundan sonra hansı vəzifədə çalışacağına da aydınlıq gətirib: “Adi millət vəkiliyəm. Əsl işimizə qayıtdıq”.

Xatırladaq ki, təkrar seçkilərdə Cümhuriyyət Xalq Partiyasından namizədliyi irəli sürülmüş Əkrəm İmamoğlu 4 741 868 səs toplayaraq qalib gəlib. Binəli İldırım isə 3 935 453 səs qazanıb.

 





26.06.2019    çap et  çap et