Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Fəzail Ağamalı deyib.
Onun sözlərinə görə, dənizin sahilini turizm zonasına çevirmək mümkündür: “Xəzər dənizinin sahili başdan-başa hasarlanıb, insanların istirahətinə imkan verilmir, obyektlərin hərəsi bir qiymət qoyur. Qanunvericilikdə dəyişiklik edərək bunu sərtləşdirmək lazımdır. Bu hasarlanmalar aradan qaldırılmalıdır. Xəzər dənizinin kilometrlərlə hasarlanmış sahəsi bir nəfərin, bir neçə ailənin ixtiyarına verilə bilməz. Deputatlar bu məsələ ilə bağlı sərt mövqe ortaya qoymalıdırlar”.
Parlamentin vitse-spikeri Valeh Əsgərov isə deyib ki, bu məsələlər qanunvericilikdə əksini tapıb, icrasını isə dövlət qurumları həyata keçirməlidir.