Vaxt.Az

Toxunulmazlığı ləğv olundu


 

Sabiq prezidentin lehinə cəmi 7 deputat səs verib

Toxunulmazlığı ləğv olundu Qırğız Respublikasının parlamenti ölkənin keçmiş prezidenti Almazbek Atambayevin toxunulmazlığını ləğv edib.

“RİA Novosti” xəbər verir ki, məlumatı qanunverici orqanın mətbuat xidməti yayıb.

Onun keçmiş dövlət başçısı kimi toxunulmazlıq statusunun ləğv edilməsi haqqında qanun layihəsinin lehinə 110 deputatdan 103-ü səs verib.

Qeyd edək ki, A.Atambayev 2011-2017-ci illərdə prezident olub. Ölkənin Baş Prokurorluğu onun prezident olarkən fəaliyyətində korrupsiya əlamətləri aşkarlamışdı.

 





27.06.2019    çap et  çap et