Vaxt.Az

“300 kiloqramı keçib”


 

Beynəlxalq Atom Enerjisi Agentliyindən İranın zənginləşdirilmiş uran ehtiyatları haqda açıqlama

“300 kiloqramı keçib” Beynəlxalq Atom Enerjisi Agentliyi iyulun 1-də bəyanat yayaraq İranın uran istehsalına qoyulan limiti keçməsindən xəbər verib.

Agentlik bildirib ki, 2015-ci ildə İranla Qərb arasında imzalanmış nüvə razılaşmasının şərtlərinə əsasən, İranın zənginləşdirilmiş uran ehtiyatları 300 kiloqramdan artıq olmamalıdır: “Lakin bizdə olan məlumatlara əsasən, İranın zənginləşdirilmiş uran ehtiyatı artıq 300 kiloqramı keçib” –deyə bəyanatda bildirilir.  

“Reuters” agentliyi Beynəlxalq Atom Enerjisi Agentliyinin bir sözçüsünə istinadən yaydığı xəbərdə bildirib ki, Yukio Amano İranın zənginləşdirilmiş uran ehtiyatına qoyulan limiti keçməsi barədə qurumun idarə heyətinə məlumat verib.

Həmin gün, İranın xarici işlər naziri Məhəmmədcavad Zərif jurnalistlərə açıqlamasında İranın zənginləşdirilmiş uran istehsalına qoyulan limiti keçdiyini təsdiq edib: “Məndə olan məlumata görə İran 300 kiloqram uran limitini keçib. Bu isə bizim sazişi pozmağımız demək deyil. Biz bunu əvvəllər də bildirmişdik. Nüvə sazişinə (“Bərcam”) görə, zənginləşdirilmiş uran ehtiyatlarını artırmaq İranın əsas hüquqlarından biridir”, –deyə Məhəmmədcavad Zərif əlavə edib.

 





02.07.2019    çap et  çap et