Vaxt.Az
Kütləvi rus pasportu paylanır
Rusiya krımları vətəndaşlığa qəbul edir
Rusiya təkcə «Berkut» əməkdaşlarına yox, həm də digər vətəndaşlara pasport verə bilər. Musavat.com-un RİA «Novosti»yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın Simferepoldakı konsulu Vyaçeslav Svetliçnı deyib. Onun sözlərinə görə, məsələ mərhələli şəkildə həll olunacaq.
Konsul qeyd edib ki, pasportların
verilməsinə hazırlıq işlərinə artıq başlanılıb.
Qeyd edək ki, bundan əvvəl «Berkut»
döyüşçülərinə Rusiya pasportlarının veriləcəyi bildirilmişdi. Bundan başqa,
Krımın baş naziri Sergey Aksenov deyib ki, Rusiya və Krım rəhbərliyi arasında
maddi yardımla bağlı razılıq əldə olunub.
01.03.2014 çap et