Azərbaycanın 1-ci Prezidenti Ayaz Mütəllibovun həyat yoldaşı Ədibə Mütəllibovanın yas mərasiminin təşkilati məsələlərini Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığı ilə Fond öz üzərinə götürüb.Vaxt.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, uzun sürən xəstəlikdən sonra bu gün həyatını itirən Ə.Mütəllibovanın yas mərasimi ilə bağlı bütün xərcləri Fond yerinə yetirəcək.
Xatırladaq ki, iyunun 14-də Türkiyənin İstanbul şəhərində vəfat edən Azərbaycanın sabiq Prezidenti Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyevanın yas məsrəflərini də Heydər Əliyev Fondu öz üzərinə götürmüşdü.
çap et