«Bizə maliyə dəstəyi göstərmək məqsədilə oxuculardan məktublar, təkliflər alırıq. Nəzərinizə çatdırır ki, biz Vergilər Nazirliyinin üzərimizə qoyduğu 150 min manat cəriməni qanunsuz hesab edirik. Haqqımızı müdafiə məqsədilə lazımi qurumlara müraciət etmişik. Əgər müraciətimizə baxılmasa, yəni cəriməni ödəmək məcburiyyətində qalsaq o zaman sizə dəstək üçün müraciət edəcəyik. İndiki mərhələdə isə yalnız sosial şəbəkələrdə ictimai dəstəyə ehtiyacımız var. Səsinizi qaldırın. Kitaba olan vergi həqarətinə yox deyin! Vergi kitabı boğmaq üçün deyil!»
Xatırladaq ki, «Qanun» nəşriyyatı Vergilər Nazirliyi tərəfindən 150 min manat cərimə edilib.