Vaxt.Az

15-dən sonra daha 35 dollar


 

Rusiya Ermənistana satdığı qazın qiymətini qaldırır

15-dən sonra daha 35 dollar Rusiya Ermənistana min kubmetr qazın qiymətini 2020-ci il yanvarın 1-dən 200 dollara qaldırmaq niyyətindədir. “Report” xəbər verir ki, bu barədə “Jamanak” qəzeti yazı dərc edib.Bildirilib ki, Ermənistan hakimiyyəti Rusiya ilə təbii qazın qiymətinə dair aparılan danışıqların təfərrüatını gizlədir: “Danışıqlar Ermənistan tərəfi üçün yetərincə əlverişsiz şəraitdə keçir”. Qeyd edək ki, 2019-cu il yanvarın 1-dən Rusiya Ermənistana satdığı təbii qazın min kubmetrini qiymətini 150 dollardan 165 dollaradək bahalaşdırıb.
 





09.07.2019    çap et  çap et