Krım Muxtar Respublikasının statusu ilə bağlı referendum martın 30-da keçiriləcək. Musavat.com-un RİA «Novosti»yə istinadən verdiyi məlumata görə, bunu muxtariyyətin baş naziri Sergey Aksenov bildirib.«Zərurəti nəzərə alaraq, biz Krımın statusu ilə bağlı referendumu tezləşdirmək qərarına gəldik. Referendum martın 30-una təyin edilib», - Aksenov deyib.
  çap et