“Biz istəmirik ki, ABŞ İrana qarşı tətbiq edilmiş sanksiyalara görə Ermənistana təzyiq göstərsin. Ermənistan bunun altından qalxa bilməz”,-o bildirib.
Mirzoyan qeyd edib ki, ABŞ-la İran arasında gərginliyin artması Ermənistan iqtisadiyyatına mənfi təsir edir. Çünki iki qonşusu ilə sərhədi bağlı olan Ermənistan İranla münasibətlərdən çox asılıdır.
Mirzoyanın başçılıq etdiyi nümayəndə heyətinin Vaşinqtona səfəri iyulun 18-nədək davam edəcək, daha sonra isə erməni spiker iyulun 26-na qədər Boston və Nyu-Yorkda görüşlər keçirəcək. Onun səfərində məqsəd ABŞ-dakı erməni diasporundan və Birləşmiş Ştatlardan Ermənistan iqtisadiyyatına dəstək təmin etməkdir. (virtualaz.org)