Vaxt.Az

Dubaya kimlər getdi?


 

Foqts 28 futbolçunu Ərəb Əmirliklərinə apardı

Dubaya kimlər getdi? Bu gün Birləşmiş Ərəb Əmirliklərinə təlim-məşq toplanışına yollanan Azərbaycan yığmasının heyəti açıqlanıb. Futbolinfo.az xəbər verir ki, baş məşqçi Berti Foqts Dubay toplanışına 28 futbolçu çağırıb. Bunlardan 20 nəfəri səhər saatlarında səfərə çıxıbsa, daha 8 futbolçu ehtiyat heyətdə yer alıb.

Almaniyalı çalışdırıcının siyahısında bir sıra dəyişikliklər var. Belə ki, Toğrul Erat, Abdulla Abatsiyev və Elvin Yunuszadəni ilk dəfə əsas milliyə cəlb edən Foqts, Kamran Ağayev, Araz Abdullayev, Qara Qarayev, İlkin Qırtımov, Murad Ağayev, Aqil Məmmədov və Novruz Məmmədova da dəvət göndərib. Əvəzində, Səlahət Ağayev, Fərhad Vəliyev, Mahir Şükürov, Vurğun Hüseynov, Maksim Medvedev, Əfran İsmayılov, Əli Gökdəmir və Taşkın İlker kənarda qalıb.

 

Qapıçılar: Kamran Ağayev, Anar Nəzirov (hər ikisi “Qəbələ”);

 

Müdafiəçilər: Rəşad Sadıqov, Bədavi Hüseynov (hər ikisi “Qarabağ”), Elvin Yunuszadə (Neftçi), Elnur Allahverdiyev (Qəbələ) Ruslan Əmircanov (İnter), Ufuk Budak (Qaziantep BB, Türkiyə), İlkin Qırtımov (Simurq);

 

Yarımmüdafiəçilər: Ruslan Abışov (Rubin, Rusiya), Qara Qarayev (Qarabağ), Abdulla Abatsiyev (İnter), Cavid Hüseynov (Bakı), Rəşad Sadiqov, Araz Abdullayev (hər ikisi “Neftçi”);

 

Hücumçular: Vaqif Cavadov (İnter), Rauf Əliyev (Bakı), Cihan Özkara (Sivasspor, Türkiyə), Rüfat Dadaşov (Kayzerslautern, Almaniya), Toğrul Erat (Fortuna, Almaniya).

 

Ehtiyat oyunçular: Aqil Məmmədov (“Bakı”), Vladimir Levin (“Qəbələ”), Rasim Ramaldanov (“Xəzər Lənkəran”), Novruz Məmmədov (“Rəvan”) Rahid Əmirquliyev (“Xəzər Lənkəran”) Murad Ağayev (AZAL), Vüqar Nadirov (“Qarabağ”), Pərdis Fərcad-Azad (“Sumqayıt”).

 





01.03.2014    çap et  çap et