Vaxt.Az

“Peşəkar olmalıdır”


 

Zelenski gələcək baş nazir haqda

“Peşəkar olmalıdır” Ukraynanın yeni Baş Naziri peşəkar iqtisadçı olmalı və hər hansı siyasətlə bağlılığı olmamalıdır. Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu növbədənkənar parlament seçkilərində səsvermədən sonra jurnalistlərə Ukrayna Prezidenti Vladimir Zelenski deyib.

V.Zelenski Baş Nazir seçimində mövqeyinin dəyişməz qaldığını açıqlayıb: “Hesab edirəm ki, Ukraynanın yeni Baş Naziri tam müstəqil, peşəkar iqtisadçı olmalıdır. Nə vaxtsa Baş Nazir, spiker, hansısa partiyanın lideri olmayan şəxs yeni Baş Nazir postuna layiqdir. Hazırda bununla bağlı məsləhətləşmələr aparılır”.

Qeyd edək ki, bu gün Ukraynada növbədənkənar parlament seçkiləri keçirilir. Yeni parlament formalaşandan sonra Ukraynanın yeni Baş Naziri seçiləcək.

 





21.07.2019    çap et  çap et