Vaxt.Az

Pentaqon-Rotşildlər balansı


 

Türkiyə bu iki gücün rəqabəti üzərində qurulan yeni dünya nizamında önəmli yer tutur

Pentaqon-Rotşildlər balansı Gəmilərimiz yenə Şərqi Aralıq dənizindədir. Bu xəbərlər lazım olan yerlərə gedir. Türkiyə Cümhuriyyəti dövlət olaraq etməli olduğu nə varsa, edir. Bir jurnalist kimi gördüklərimi sıralamaq istəyirəm.

“Çuval hadisəsi”ndən (04 iyul 2003-cü il – tərc.) sonra türk dövləti “Bunu kimsə bizə edə bilməz. Çağ dəyişdirən bir millətin övladlarının başına çuval keçirilməsi əsla və qəti olaraq qəbul edilə bilməz” deyərək, ayağa qalxdı. Bunu kimsə görmədi, hiss etmədi. Halbuki türk dövləti ayaq üstə idi və irəliləyirdi. Çünki həm siyasi, həm iqtisadi, həm də təhlükəsizlik sahəsində eyni istiqamətdə irəliləməli idi.

Oslo danışıqlarının mətbuata sızdırılmasından MİT-çilərin həbs edilmək istənməsinədək, 17-25 dekabr 2013-cü ildən 15 iyul 2016-cı ilədək gedən yolda olan hadisələrə baxın: Ankara sürətlə Vaşinqtondan qopurdu. Kimsə görmək istəmirdi. Anlayan yox idi. Hər kəs başının bir yerindəki “ABŞ-la necə bacaracağıq?” sualının cavabına əsir olurdu. Ancaq su axıb yolunu tapacaqdı.

Mərkəzində hərbçi, yəni Ordu olan türk dövləti bu yolu, bu kanalı açdı… ABŞ-ın verdiyi silahlarla bölgədə əməliyyat keçirmək istəyənlər (türk ordusu – tərc.) burada ona müqavimət göstərə bilməyəcəklərini gördülər. Bilirdilər ki, silah verirlər, ancaq kodlarını vermirlər. ABŞ və yanındakılar heç bir zaman “düşmən” kimi tanınmırdılar. Tanına bilməzdilər, çünki silahı istehsal edən bunu əngəlləyirdi.

Türkiyə “S-400” məsələsindən vaz keçsəydi, “Tamam, “Patriot” alırıq” desəydi, bu dəfə də kürd dövlətinin qurulması israrı gələcəkdi. Bundan da geri addım atsaydı, masaya Şərqi Aralıq dənizi kartı gələcəkdi. Yəni, bir qərar verilməli idi və verildi. Türkiyə yol yaxın ikən, ABŞ-la qarşı-qarşıya gəldi. Olacaq olan şey qabağa çəkildi.

İndi top ABŞ-dadır. Onlar da “dərin dövlət”in verdiyi qərardan şoka düşüblər. Bunların hamısı gözlənilməz bir həmlə kimi görülməkdədir. Ancaq bura Türkiyədir. Bu işlər onların hesab etdiyi qədər asan olmaz. ABŞ-da ağıllı olan çox adam bilir ki, Türkiyə olmadan Orta Şərqdə və Afrikada bayraq göstərmək asan deyil. ABŞ indi həm daxildə, həm də xaricdə bu çətinliyi yaşamaqdadır. Yəni, çətin prosesdən keçən yalnız biz deyilik.

Bir az da nə baş verdiyini anlamağa çalışaq. Yeni nizamı görməyə səy göstərək. Yeni dünya nizamında pul heç olmadığı qədər dəyərli olacaq. İnsanları idarə etmək, sistemi genişləndirmək üçün pulun kassada yığılıb saxlanması artıq daha çox önəmlidir. Məhz bu səbəblə, dünya yeni nizam üçün sancı çəkərkən, bu nizamın yeni şirkətləri də, əslində, heç alışmadığımız bir sistemlə irəlilədilər. Çünki hərəkət zolağı da, modeli də dəyişdi… Bunu da ilk başladan Pentaqon deyil, Rotşild ailəsi oldu.

Dünyanın ən böyük özəl taksi sistemi “Uber” quruldu. Burada “Gəlsinmi, gəlməsinmi?” deyə, çox diskussiyalar getdi. Gələcək… Bu, dəqiqdir. Bundan qaçış yoxdur. Sadəcə necə, nə şəkildə gələcəyi müzakirə ediləcək. İndi edildiyi kimi.

Bu sistemdə neçə maşın “Uber”ə aiddir? Bilən varmı? Əlbəttə, heç bir maşın özlərinə aid deyil. Ancaq şirkətin illik dövriyyəsi 20 milyard dollar civarındadır. Heç bir maşını yox, ancaq 20 milyard dollarlıq dövriyyəsi var. Şirkətin sahibi olan yəhudi Trevis Kordell Kalanik Rotşild ailəsinin özəl layihələrindən biridir.

Keçək hər kəsə məlum olan, hər kəsin istifadə etdiyi başqa bir örnəyə… Bu, dünyanın ən böyük yeni otelçilik sistemi olan “AirBnb”dir. Təsisçiləri Brayan Çeski, Co Gebbia və Natan Bleçarçik göstərilsə də, ailənin güclü bağlarını gözardı edə bilmərik.

Yüzlərlə belə şirkət örnəyi verə bilərik. Ailə, yəni Rotşildlər bunu edərkən, Pentaqon necə bir yol izləyir? Sual budur.

Pentaqon da Harvard, Yel və Stenford universitetləri üzərindən bu sistemə keçəcək. Xaricdən təhsilə cəlbetmə sistemi ilə on minlərlə adam bu universitetlərdən məzun olacaq.

Ardınca, böyük hücum altında olan “Boeing” də bu sistemə daxil ediləcək. Şirkət təyyarə istehsal edib zənginlərə satacaq. “Uber”, “AirBnb” kimi şirkətlər təyyarələri satın alacaq və hava yolları şirkətlərinə kirayəyə verəcək. Çox deyil, cəmi 10 il sonra, bəlkə də, heç bir hava yolu şirkətinin öz təyyarəsi olmayacaq.

Pulun gücü nağd və sürətli satınalmalarda olacaq. Bu səbəblə, ticarət müharibələri qızışdı, ABŞ Çini hədəf seçdi. Şirkətlərarası müharibə ölkələrarası müharibə kimi olacaq. “Huawei” örnəyi bunu anlatmağa yetərli olacaq qədər aktual və önəmlidir. Hücumlar şirkətlərin önəmli şəxsləri üzərindən həyata keçiriləcək, sahibkarlar və yaxınları hədəf alınacaq. Çünki amerikan röyası bitdi. Bundan 10 il əvvələdək media və kino sənayesindən istifadə edilərək, kütlələr adi insanların ABŞ-da dollar milyoneri ola biləcəyinə inandırılırdı. Olmayan, olmayacaq bir xəyal satılırdı. Bu, real deyildi, lakin yaradılan rəy belə idi.

İndiki yeni dünya nizamında amerikan röyası yoxdur. Amerikan sistemi ilə ailələrin sisteminin rəqabəti olacaq.

Pentaqon, Rotşild ailəsilə yaxın əməkdaşlıq etmiş önəmli idarəçiləri – menecerləri öz tərəfinə çəkdi. Ticarət sisteminin daxilində ailənin gizli iş metodları ilə bağlı əməliyyat keçirməyə qərar verdi.

Bəli, pul daha çox dəyərli olacaq. Bu səbəblə, fikir və informasiyanın da daha dəyərli olduğuna öncəlik verən yeni dünya nizamının təməli atılmağa başlandı.

Yaxşı, bəs hərbi texnologiyalar necə olacaq? Dünya durduqca bu sektor önəmini itirməyəcək. Ölkələr də seçim etməyə məcbur olacaqlar. Başqa bir ehtimal olmayacaq.

Bugünədək öz planlarına əsasən addım atan, qərar verən iş adamları var idi. İndi iş adamları da panikadadırlar. Qərar verməyə məcburdurlar. Bu qərar onların da gələcəyinə təsir edəcək.

Ölkələri idarə edən liderlər də qərar verməyə məcburdurlar. Ya Pentaqona yaxın iş adamları ilə işləyəcəklər, ya da Rotşild ailəsilə ortaqlıq edəcəklər. Üçüncü bir ehtimal yoxdur, heç kim üçün yoxdur.

II Dünya Müharibəsindən sonra qurulan ABŞ-SSRİ balansı öz yerini, sanki, Pentaqon-Rotşildlər balansına buraxır. Yəni, bir tərəfdə silah və puldan istifadə etməyə çalışan Pentaqon (ABŞ), digər tərəfdə pulun ruhuna bələd olan və onu idarə edən Rotşildlər dayanır.

Aralıq dənizində, Afrikada, Orta Şərqdə və Avropa Birliyi daxilində baş verən münaqişələr də yeni dünya nizamı ilə əlaqədardır.

Vaşinqtondakı iki tərəfin də mübarizəsi bu yeni sistemə güclü girmək üçündür.

 

Türkiyə isə dünyanın mərkəzindədir. Nə üçün başımıza dərd açmaq istədiklərinə bir də bu bucaqdan baxın.

Yaltada dünyanı paylaşan Ruzvelt, Stalin və Çörçill müdhiş dərəcədə güclü şəxslər idilər. 1990-cı ilədək dünya onların müəyyən etdiyi formatla döndü. Amma heç birinin mobil telefonu yox idi. Mobil telefonla internetə girə bilmirdilər. Bir-birinə “e-mail” ata bilmirdilər. Selfi çəkmə şansları isə heç yox idi. “WhatsApp” xəyal belə deyildi…

Şirkətlərin strukturu, pulun sürəti və gücü dəyişərsə, dövlətlər də dəyişər. Dirənə bilməzlər. Yəni, bambaşqa bir dövrə girildi. Bunu anlamaq şərtdir.

 





25.07.2019    çap et  çap et