Vaxt.Az

“Biz mübahisəmi edirik?”


 

Əhmədinejat: “Siz yəhudisiniz, mən isə müsəlmanam və biz ...”

“Biz mübahisəmi edirik?” ABŞ və İran aralarındakı konflikti dialoq yolu ilə həll etməlidirlər. Yerli KİV-ə istinadən bildirir ki, bunu İranın keçmiş prezidenti Mahmud Əhmədinejad deyib.

O özünün antisemit olmadığını da etiraf edib: “İran hökumətinə qarşı çıxış edən Trampı antimüsəlman adlandıra bilərikmi? BMT sionist rejimini pozuntulara görə qınayıb. Əgər kimsə belə şeylər haqqında danışırsa, bu onu antisemitmi edir? Siz yəhudisiniz, mən isə müsəlmanam və biz söhbət edirik. Biz mübahisəmi edirik? Biz müharibədəyikmi? Mən digər insanların haqlarını pozan fəaliyyətlərə qarşıyam”.

Eks-prezident, həmçinin İranın Suriyadakı vətəndaş müharibəsində iştirakına qarşı olduğunu da deyib.

Xatırladaq ki, Əhmədinejad 2005-2013-cü illərdə İran prezidenti olub. O, hakimiyyəti dönəmində İsrailə qarşı sərt və antisemit çıxışları ilə tanınıb.

 





25.07.2019    çap et  çap et