Vaxt.Az

Rusiyada ekoloji fəlakət


 

2,7 milyon hektar meşə sahəsi yanır

Rusiyada ekoloji fəlakət Rusiyanın Sibir regionunda meşə yanğınlarının miqyası genişlənməkdə davam edir. Krasnoyarskda meşə yanğınlarının sahəsi 1 milyon hektarı keçib. İrkutsk vilayətində meşə yanğınları 580 min hektar, Buryatiya və Zabaykalyedə isə 36 min hektar sahəni əhatə edir.

Beləliklə, təkcə Sibir federal dairəsində 1,6 milyon hektar meşə yanır. Tayqa meşəsinin 1,13 milyon hektarı isə bu federal dairəyə aid olmayan Yakutiya respublikasında yanır. Ümumi yanğın sahəsi 2,7 milyon hektar sahəni əhatə edir.

Hazırda alov Şərqi və Qərbi Sibirdlə yanaşı, qonşu Qazaxıstana, Tatarıstana və Kuzbas regionuna doğru irəliləyir.

Tayqa meşəsinin qorunmasını tələb edən vətəndaşlar internetdə petisiyalar toplayır. Fəallar avqustun 6-da meşələrin qorunması üçün aksiya keçirməyi də planlaşdırır. 

Yerli sakinlər federal və regionla orqanların fəaliyyətsizliyinə də etiraz edir. Belə ki, son dəyişikliklərə əsasən, yanğınların söndürülməsi zamanı xərclərin yanğının törətdiyi fəsadlardan az olmasına görə yerli orqanlar meşə yanğınlarını söndürməyə cəhd etmirdilər.(modern.az)

 





29.07.2019    çap et  çap et