FED başqanı Con Vilyamsın (John Williams) və digər rəsmilərinin indiyədək olan çıxışlarından da görünür ki, faiz endirimi etmək niyyətindədirlər. FED-in Açıq Bazar Komitəsinin 12 üzvündən yalnız iki nəfəri faiz endirimi qərarına müxalif olacağı açıq bilinir. Buna görə də, Amerika və dünya mətbuatında yazılanlar, bazar iştirakçılarının və ekspertlərin gözləntiləri bu gün FED-in ən azı 0,25 bənd faiz endirəcəyi yönündədir. Bütün bunların fonunda faiz endirimi olmayacağını söyləmək qəribə görsənə bilər. Əslində, dünya mətbuatında yazılanları əsas götürüb, faiz endirimi olacağını söyləmək ən adi məsələdir.
Amma məsələ göründüyü kimi sadə deyil. Birincisi, faiz endirimləri olması üçün uzun müddətdir prezident Tramp müstəqil olmalı olan FED-ə təzyiqlər edir. İkincisi, faiz endirimi qərarını vermək çox asan ola bilər, amma mövcud kövrək iqtisadi şərtlər fonunda bu qərarın səbəblərini izah etmək FED başqanı Con Vilyams üçün çox çətin iş olacaq.
Mətbuatda yazılanları və çıxışları əsas götürüb faiz endirimi olacağına inanmağı deyil, bir iqtisadçı, həm də demokratik dünyagörüşün daşıyıcısı və mərkəz bankların müstəqilliyinə müdaxilənin əleyhdarı olaraq, mənim üçün endirim qərarının olmayacağını düşünmək daha məqbul olandır.
Faiz endirimi qərarına müxtəlif olan azlıqdakı 2 nəfər üzv kifayət qədər öz sahələrini bilənlərdir və onların mövqeyini düzgün hesab edirəm. Bütün gözləntilərə rəğmən, yaxın dəqiqələrdə bir FED dramına tarixi şahidlik edərək, faiz endirimi qərarının çıxmayacağını da görə bilərik. Faiz qərarı olmazsa, bax, bu dram ətrafında müzakirələr daha maraqlı olar.