Vaxt.Az

95 faiz azalma


 

Gündəlik neft ixracatının həcmi 100 min barelə düşüb

95 faiz azalma İran İslam Respublikasının gündəlik neft ixracatının həcmi kəskin azalaraq 100 min barelə qədər aşağı düşüb. Bu barədə beynəlxalq gəmiçilik və neft sənaye mərkəzlərinin yaydığı hesabata istinad edən “Reuters” agentliyi iyulun 30-da məlumat yayıb.

Agentliyin bildirdiyinə görə, İran cari ayda orta hesabla gündə yalnız 100 min barel neft sata bilib. Bu isə ötən illə müqayisədə İranın neft ixracatında 95 faiz azalma deməkdir.

Neft tankerlərinin monitoring şirkəti “Refinitiv” rəsmilərinin “Reuters”ə bildirdiyinə görə, İranın iyul ayında gündəlik ixrac etdiyi neft və qaz kondensatının ümumi həcmi 120 min barel təşkil edib.

Qeyd edək ki, Vaşinqtonun İrana qarşı tətbiq etdiyi geniş miqyaslı sanksiyalarından əvvəl, İranın gündəlik ixrac etdiyi neftin həcmi 2 milyon 500 min barel idi.

 





31.07.2019    çap et  çap et