O bu barədə iyulun 30-da parlamentdə çıxışı zamanı danışıb.
“İnsan dilin qəlibi və çərçivəsində düşünür, bu çərçivədə duyğu və hissiyyatını ifadə edir. Ana dili ona görə mühümdür ki, bəzən bir sözdə bir çox inam, ənənə, mif və tarix öz ifadəsini tapır. Bir kəlmənin aradan getməsi yerli mədəniyyətə aid böyük həcmdə biliyin itirilməsi deməkdir.
Biz nə üçün Azərbaycanda türkcə yazıb oxumamalıyıq?! Konstitusiyanın 15 və 19-cu maddələri də buna icazə verir. Mən ana dilimi gizlədə bilmərəm. Bu, bir ədalətsizlikdir. Qanuna görə, hər kəs ana dilini öyrənmək hüququna malikdir”, - deyə o vurğulayıb.