Vaxt.Az
Rusiya ABŞ-dakı səfirini geri çağırır
Təklif Rusiya Federasiya Şurasının üzvlərindən gəlib
Rusiyanın ABŞ-dakı səfiri geri çağırılmalıdır. ANS PRESS-in məlumatına görə, belə təkliflə Rusiya Federasiya Şurasının üzvləri çxış edib. Federasiya Şurası üzvlərinin bu cür təkliflə çıxış etməsinə səbəb ABŞ prezidenti Barak Obamanın Rusiyanın ünvanına səsləndirdiyi «yürütdüyü siyasət onun üçün baha başa gələcək» sözləri olub.
«ABŞ artıq qırmızı xətti keçib, rus
xalqını təhqir edib», deyə Federasiya Şurasının vitse spikeri Yuri Vorobev
bildirib.
Y.Vorobev həmçinin bəyan edib ki,
Rusiyanın ABŞ-dakı səfirinin dərhal geri çağırılmasını prezident Vladimir
Putindən tələb etmək lazımdır.
01.03.2014 çap et