Vaxt.Az

“… 3-cü addıma atacağıq”


 

Zərif: “Avropa öhdəliklərinə əməl etməsə, ….”

“… 3-cü addıma atacağıq” İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif yenə də Avropa ölkələrini təhdid edib. O bildirib ki, avropalılar üzərilərinə götürdükləri öhdəliklərə əməl etməsələr, İran öz nüvə öhdəliklərini azaltmaq istiqamətində 3-cü addımı atacaq.

Hərtərəfli Birgə Fəaliyyət Planı Komissiyasının son görüşünə də toxunan İran XİN-in rəhbəri ölkəsinin Avropanı öz öhdəliklərinə əməl etməyə, eləcə də xüsusi maliyyə planını reallaşdırmağa çağırdığını deyib.

Xatırladaq ki, İran mayın 8-də Avropaya möhlət verərək, 60 gün ərzində iqtisadi mənafeyinin təmin edilmədiyi təqdirdə, öz öhdəliklərini azaldacağını bəyan etmişdi. Beləliklə, vaxt bitdikdən sonra, iyulun 7-də İran daha uranın zənginləşdirilməsi, depolanması və ağır su ilə bağlı daha heç bir məhdudiyyətə əməl etməyəcəyini demişdi.

İran tərəfinin dediklərinə görə, 3-cü addım uranın daha yüksək faizlə zənginləşdirilməsi və Ərak ağır su reaktorunun nüvə razılaşması imzalanandan öncəki vəziyyətinə qaytarılmasını əhatə edəcək.

 





02.08.2019    çap et  çap et