Rəsmi İrəvanın təşəbbüsü ilə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ABŞ-ın Ermənistandakı səfiri Lin Treysi ilə görüşüb. Məlumatı Ermənistan Təhlükəsizlik Şurasının Mətbuat xidməti yayıb.Məlumata görə, görüş zamanı Qriqoryan xüsusi olaraq ABŞ-ın Qarabağa humanitar yardımın davam etdirilməsinin vacibliyindən bəhs edib. O, həmçinin Treysiyə təhlükəsizlik, siyasət sferasındakı islahatları təqdim edib.
Qeyd edək ki, bundan öncə Amerika Ermənilərinin Milli Komitəsi (AEMK) ABŞ-ın Qarabağa humanitar yardımları dayandıra biləcəyi haqqında məlumat yayıb. AEMK-nın bu bəyanatı Yerevanda və Qarabağda təşviş yaradıb.
çap et