Donald Tramp cümə axşamı günü 300 milyard dollar dəyərində olan Çin məhsuluna əlavə 10 faiz gömrük vergisi tətbiq olunacağını bildirərək, Amerikalı istehlakçılara daha əvvəl heç olmadığı qədər birbaşa təsir edən bir ticarət həmləsi edib.
1 sentyabrdan etibarən keçərli olacaq idxal vergisi kompüterlər, ağıllı telefonlar və uşaq paltarlarına tətbiq ediləcək.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunying tərəfindən verilən açıqlamada, “ABŞ-ın əlavə gömrük rüsumları tətbiq etməkdə israr etməsi vəziyyətində, Çin lazımi qarşı tədbirləri görəcəkdir”, deyib, amma tədbirlər haqqında detallı məlumat verməyib.
Trampın dünən açıqladığı və ABŞ-ın Çindən bütün idxalını əhatə edən əlavə gömrük vergiləri, iki ölkə rəhbərinin iyun ayındakı görüşündə razılaşdırılan “atəşkəs” üçün sürpriz bir son oldu.
Çin hələlik hesab edir ki, gömrük vergiləri qoymaq ticarət fərqini həll etmək üçün qətiyyən doğru bir yol deyil.
ABŞ Prezidenti Donald Tramp, “Twitter” hesabından yeni açıqlama verib. 300 milyard dollarlıq Çin məhsuluna 10 faiz gömrük vergisi tətbiq olunacağını bildirməsindən sonra birjalar və neft qiymətləri ABŞ prezidenti düşüblər.
ABŞ-Çin arasındakı ticarət müharibəsini yenidən “alovlanması” səngiyən qlobal tələbə dair narahatlıqları artırıb. Qlobal iqtisadi artımın aşağı düşməsilə neftə tələbin daha da azalacağı və nəticədə qiymətinin ucuzlaşacağı ehtimal edilir.