Adının açıqlanmadığı bu rəsmi bildirib ki, bir kinoda tənqid edilməsi səbəbindən “dini lider” Əli Xamneyiyə şikayət məktubu göndərən Zərif müzakirə aparmaq üçün münasib tərəf müqabili deyil.
O, Zərifə qarşı sanksiyaların qəbul edildiyi zaman bildirmişdi ki, ABŞ danışıqlar aparmaq üçün İranla rəsmi əlaqələr qurmalı olsa, söz sahibi və qərar vermək səlahiyyəti olan mühüm siyasi çöhrə ilə əlaqə qurmaq istəyir.
“Bu həftə xarici işlər naziri Məhəmməd Cavad Zərifin bir serialla bağlı dini liderə giley və şikayət dolu məktub göndərdiyilə bağlı məlumatlar yayılmışdı. Zərifin həmin serialda tənqid edilməsindən xoşu gəlməyib. Ona görə də, o, Birləşmiş Ştatların prezidentinin müzakirələr aparmaq üçün istədiyi adam deyil”- deyə rəsmi əlavə edib.
Xatırladaq ki, bir neçə gün öncə Zərif “dini lider” Əli Xamneyiyə məktub göndərərək, “Qando” adlı serialda “təhqir” olunmasından şikayətlənib.
Yerli media orqanlarında yayılan məlumatlara əsasən, Xamneyi cavabında “mən sizə qarşı ən adi təhqirin yönəlməsinə belə razı deyiləm” deyib.
“Dini lider”in bu cavabı seriyalın axırıncı hissəsinin İran televiziyasında yayınlanmasından bir neçə həftə sonraya təsadüf edir.
Qeyd edilən 30 hissədən ibarət serial “Sepah” terror təşkilatına məxsus “Ouc” (Zirvə-red) adlı kinematoqrafiya təşkilatının dəstəyilə istehsal edilib. Seriyalda “Amerikanın ölkənin mühüm qərarlar qəbul edən orqanlarına sızmaq cəhdləri”ndən bəhs edilir.
Kinoda Amerikanın casusu kimi təqdim edilən qəhrəmanlardan biri üz quruluşu baxımından Zərifə oxşayır, lakin onun vəzifəsi xarici işlər nazirinin müavini kimi göstərilir.
Serial Həsən Ruhani hökumətinin və Xarici İşlər Nazirliyinin ciddi narazılığına səbəb olub. XİN-in mətbuat xidmətinin rəhbəri Abbas Musəvi iyulun 8-də keçirdiyi mətbuat konfransında bildirmişdi ki, “qalmışam nə deyim, bu serialda təqdim edilən hər bir şey reallıqdan uzaqdır”.