Vaxt.Az

Xarkovda toqquşma...


 

Onlarla yaralı var

Xarkovda toqquşma... Xarkovda radikal qruplaşmaların vilayət dövlət administrasiyasının binasına hücumu nəticəsində xeyli sayda yaralanan olub.

APA-nın Ukrayna mətbuatına istinadən verdiyi məlumata görə, toqquşmalar Maydan fəallarının administrasiyadan çıxmasını tələb edən kütlənin binaya daxil olmasından sonra baş verib.

Qarşıdurma zamanı onlarla Maydan tərəfdarı yaralanıb. Onları ərazidən hüquq-mühafizə orqanları əməkdaşlarının köməyi çıxarmaq mümkün olub.

 





01.03.2014    çap et  çap et