Yeni televiziyanın direktoru vəzifəsinə Zurab Qumbaridze gətiriləcək. Artıq bununla əlaqədar hökumət müxtəlif yollarla Qumbaridzeyə qarşı təzyiqə başlayıb. Prokurorluq onun “Rustavi 2” televiziyasındakı kabinetində axtarış aparıb.
Bir sıra mətbuat orqanları isə Kezeraşvilinin yaradacağı televiziyanın sponsorlarından birinin biznesmen David Yakobaşvili olacağını vurğulayıblar. Mətbuat bu məsələdə xüsusilə Yakobaşvilinin Rusiya ilə əlaqələrinə diqqət çəkib.
Qeyd edək ki, Kezeraşvili əslən yəhudidir. O, 2006-2008-ci illərdə Gürcüstanın müdafiə naziri olub.
Bir müddət əvvəl “Rustavi 2”nin baş direktoru Nika Qvaramiya da yeni televiziya yaradacağını açıqlamışdı.