Vaxt.Az

Yuan da ucuzlaşdı, neft də...


 

Ticarət müharibəsi dağıtmaqda davam edir

Yuan da ucuzlaşdı, neft də... ABŞ və Çin arasında ticarət müharibəsi şiddətlənir. Ötən həftə ABŞ Prezidenti Donald Trampın sentyabr ayından Çinə əlavə gömrük vergisi tətbiq olunacağını açıqlamışdı. Bu gün isə Çin yuanı ucuzlaşıb. Yuanın məzənnəsi dollar qarşısında 7 səviyyəsini aşıb.

Yuanın ucuzlaşması Donald Trampın sonuncu gömrük tarifi təhdidinə qarşı Çinin cavabı kimi şərh edilir. Analitiklər bildirirlər ki, Pekin Yuanın dəyər itirməsinə icazə verib.

Ticarət müharibəsi nəticəsinə neftə tələbin azalacağı ehtimal edilir. Tələbin azaldacağına dair narahatlıqlar ilə neft qiymətləri düşür. Bakı vaxtı ilə saat 12:30-a olan məlumata görə, Brent nefti 1,5 faiz ucuzlaşma il 60,94 dollardan alıcı tapıb. Qərb Teksas neftinin (WTI) qiyməti isə 1.4 faiz düşərək 54.91 dollara enib.

 





05.08.2019    çap et  çap et