Vaxt.Az

Paşinyanın gül vuran arzuları


 

Baş nazir ermənilərlə necə məzələnib?

Paşinyanın gül vuran arzuları Əlbəttə, Nikol Paşinyanın Dağlıq Qarabağa gəlişi və Xankəndində söylədiyi “Artsax Ermənistandır” açıqlaması əsəblərimizə toxunur. Ancaq Paşinyanın çıxışının tam mətni ilə tanış olduqda onun ermənilərlə məzələndiyi görünür. Görün Xankədidə nələr deyib:

- “2050-ci il üçün Ermənistanın əhalisini 5 milyon çatdırmalıyıq”;

- “Ermənistanda 1.5 milyon iş yeri yaratmalıyıq”;

- “Ermənistanın ümumdaxili məhsulunu 15 dəfə artırmalıyıq”;

- “Ermənistanda 5 texnoloji şirkət yaratmaqla 10 milyard dollar gəlir əldə etməliyik”;

- “Ermənistanda orta aylıq əmək haqqını 7 dəfə, səhiyyənin maliyyələşdirməsini 20 dəfə artırmalıyıq”;

- “Ermənistana hər il 15 milyon turistin gəlişini təmin etməliyik”;

- “Ermənistan futbol üzrə dünya çempionu olmalıdır”

 

Sonuncu istəyi ilə lap gül vurub. Bütün bunları o şəxs deyir ki, bir gün əvvəl statusunda bunları yazmışdı: “Ermənistanda heç bir problemi həll etmək mümkün deyil. Dövlət strukturları paraliç vəziyyətdədir və bunda keçmiş hakimiyyət günahkardır. Dövlətimiz uğursluğa düçar olub”.

Bugünkü çıxışında ermənilərlə məzələnən Nikol Paşinyan bir gün əvvəlki statusunda daha ciddi idi. Yeganə uğurları torpaqlarımızı 25 ildir işğal altında saxlamalarıdır ki, bu yeganə uğurlurarını uğursuzluğa çevirməyi sürətləndirməliyik!

 





06.08.2019    çap et  çap et