Ermənistan pərəstiş etdiyi, böyük ümidlər bəslədiyi ABŞ-dan kədərli xəbər alıb. Bəlli olub ki, “dünya hegemonu”nun Foreign Assistance xətti üzrə 2020-ci ildə respublikaya xarici yardımı cəmi 6,75 milyon dollar olacaq. Düzdür, bu il də Ermənistana əliaçıqlıq etməyiblər – 6,4 milyon dollar ayrılıb, amma bu iki məbləği ER-in ABŞ-dan, təxminən, 26,5 milyon dollar aldığı 2017-ci illə tutuşduranda sarsıdıcı təzad alınır. Bu, 2011-ci illə müqayisədə gözə daha çox girir – o zaman Amerika yardımının həcmi “yaşıl” valyutada 45 milyonu bir qədər aşırdı.
Ermənistan gələn il əldə edilən vəsaitdən 100 minini təhsil sahəsində mənimsəməli və 800 minini iqtisadiyyatın inkişafına yönəltməlidir. Göründüyü kimi, amerikalılar üçün yoxsul Ermənistandakı bu sahə prioritet deyil: onlar üçün acqarına “demokratiya və insan haqlarına dəstək” xeyli önəmlidir, onlar buna 3 milyon dollardan çox verirlər. İkinci yerdə münaqişələrin tənzimlənməsi daxil olmaqla təhlükəsizlikdir.
Yeri gəlmişkən, habelə məlumat yayılıb ki, ABŞ hər il əraziləri minasızlaşdırmaq üçün nəzərdə tutulan, demək olar, beş milyon dollar dəstək verdiyi tanınmamış Dağlıq Qarabağ Respublikasına (qondarma qurum-tərc.) əvvəlki həcmdə yatırım qoymağa daha meylli deyil. Uyğun proqram USAID çərçivəsində həyata keçirilib və çoxlu həyatı xilas edib.
Ümumiyyətlə, Ermənistan Ştatlardan bərk inciyib və indi respublikada fal açırlar ki, ABŞ-ın “düşmən” Azərbaycana maliyyə yardımını 100 milyon dollara çatdırmaq vədi fonunda o, niyə belə gözdən düşüb. Bu vəsait təhlükəsizlik məsələlərinin həlli üçün nəzərdə tutulub. Ermənistan ekspertləri iddia edirlər ki, ABŞ öz “əliaçıqlığı” ilə Azərbaycana maliyyə yardımını məhdudlaşdırmaqda özünün qəbul etdiyi düzəlişi pozur. Amma bu haqda açağıda söz açılacaq; ABŞ-ın simicliyinə izahat arayan Ermənistana dönək.
Bunu müəyyən qədər erməni lobbiçilərinin Konqres və Ağ Evdəki passivliyinin ayağına yazırlar. Bundan başqa, ABŞ prezidenti Donald Trampın ölkəsi üçün car çəkdiyi xarici sahədə maliyyə “zahidliyi” prinsipini də hesabdan atmırlar. Amma onda niyə bəziləri amerikalıların yardımına layiq görülür, başqaları isə deyil? Bəlkə, ola bilsin, inqilabçı baş nazir Nikol Paşinyan onlara xoş gəlmir və məsələ “şəxsi” xarakter daşıyır? Axı Paşinyan elə hey ABŞ-ın tərifini göylərə çıxardır və az qala, ona sevgi və sədaqət andı içir!
And içməyinə and içir, amma Ermənistan bununla yanaşı, hesab edildiyi kimi, Rusiya ilə birgə ABŞ-a antoqonist bloklarda durur: hərbi – KTMT və iqtisadi – AİB. Respublika sərhədlərinin bir qismini Rusiya sərhədçiləri qoruyurlar və Ermənistan ərazisində RF-nin hərbi bazası mənzillənib. Və Ermənistan arabir Rusiyanı söysə də, ona o cümlədən beynəlxalq arenada badalaq qoysa da və ümumiyyətlə, ona “hüquq vəz etsə” də, Rusiyanın orbitindən qeyb olmağa risk eləmir. Deməli, Vaşinqtonla səsləşən xarici siyasət aparmır.
Bu azmış kimi, Ermənistan Rusiya ilə birgə Suriyada humanitar durumu yaxşılaşdırmaq üzərində işləməyə “cürət edib” – ora 85 istehkamçı və həkim göndərib. Paşinyanın izah etdiyi kimi, ölkəsi humanitar missiya ilə Suriya xalqına “tarixi borcu”nu qaytarır, çünki o, soyqırımından (mətndə bu cürdür-tərc.) qurtulan ermənilərə sığınacaq verib. Diaspora məsələləri üzrə komissar Zare Sinanyan Ermənistanın Suriyada məhz Rusiya ilə əməkdaşlığında Amerika yardımının cüziliyi kontekstində israr edir. Onun “Sputnik”lə söhbətdə dediyi kimi, erməni icması ABŞ-da mütəşəkkildir və balanslaşdırılmış siyasət yürüdülməsi üçün Dövlət Departamentinə və ABŞ prezidentinə hər cür təsir etməyə çalışır. “Amma, – agentliyin həmsöhbəti vurğulayıb, – iki başqa səbəb var. Birincisi – ABŞ-da neft dolları olan avtoritar ölkələrlə əməkdaşlıq etmək ənənəsi var, Azərbaycan belə bir ölkədir. İkincisi isə – ABŞ Ermənistan və Rusiyanın Suriyadakı əməkdaşlığını çox ağır qəbul edir ki, bu da əsassızdır. Axı biz Qərbin dəstəyini görən terrorçuların fəaliyyəti üzündən böyük bir icmanı itirmişik”.
Sinanyanın sözlərinə görə, mütəşəkkil erməni icmasının qalıqlarını yalnız Rusiya, İran və başqa ölkələrin səyləri sayəsində xilas etmək mümkün olub. O habelə yada salıb ki, Ermənistanın Suriyada iştirakı ancaq humanitar xarakter daşıyır və dinc əhalini xilas etməyə yardım edir. Buradaca qeyd edək ki, Suriyada münaqişə başlanana qədər erməni icması əsas qismi – 60 min nəfər – Hələbdə yaşayan 110 min nəfər idi. 90 min erməni savaş nəticəsində Suriyanı tərk edib, Ermənistan Suriyanın 22 mindən çox vətəndaşına sığınacaq verərək SƏR-dən qəbul edilən qaçqınların sayına görə Avropada üçüncü dövlət olub.
Amma, görünür, bu, ABŞ üçün arqument deyil. Və yardımın həcmindən göründüyü kimi, Vaşinqton üçün Ermənistandansa Azərbaycan daha çox maraq kəsb edir – o cümlədən Cənubui Qafqazda və Xəzər dənizinin sahillərində möhkəmlənmək səyləri kontekstində. Əlbəttə, burada Azərbaycanın Ermənistan və Dağlıq Qarabağla münaqişəsində ona dəstək deyil, İran amili göz qabağındadır.
Yüz milyon dollar Azərbaycan üçün heç nəyi bildirir, bölgədə hərbi güclərin balansı baxımından bir önəmi yoxdur – AR Ermənistanla savaş üçün yetərincə güclü orduya malikdir. Bundan başqa, ABŞ-ın İrana hücumu halında Azərbaycan ona hərbi dəstək vəd etməyib və antiiran əməliyyat meydanı olmayacaq. Çox ehtimal ki, Vaşinqton Amerika hərbçilərinin Əfqanıstan ərazisindən qismən və ya tam çıxarmağın Azərbaycan üzərindən təhlükəsiz olmasında maraqlıdır (belə bir marşrut isə nəzərdən kerçirilir). Təhlükəsizliyin təmini isə xərc tələb edir.
Lakin hətta Amerika qoşunlarının Əfqanıstandan çıxarılması olmayacaqsa da, fərq etməz, ABŞ Azərbaycanı ələ almağa və özünə sarı döndərməyə çalışacaq, çünki bu ölkədə rejimi dəyişməyə ehtiyatlı səylər heç bir nəticə verməyib. Və xüsusən də amerikalıların ayırdığı pul Ermənistan üçün planlaşdırıldığı kimi “demokratiyaya və insan haqlarına dəstək”də heç bir rol oynaya bilmir: böyük inam payı ilə Qərbyönlü qeyri-hökumət təşkilatları şəbəkəsi ilə. Azərbaycan isə belə “hoqqaları” alqışlamır.
Hər necə olur-olsun, Ermənistanın açıqca gözdən düşməsi ondan xəbər verir ki, ABŞ bu respublikanın xarici siyasətindən narazıdır və onu Rusiyadan və “Rusiya məsələləri”ndən aralanmağa itələyir. Lakin İrəvanda Amerika yardımının artacağına ümidlərini yenə də itirmirlər. Amma bunun üçün sübut etmək gərəkdir ki, Ermənistan Vaşinqtonun sözdə deyil, işdə “etibarlı tərəfdaşıdır”. Bəs indiki geopolitik durumda bunu necə etməli? Amma heç cür. Sadəcə, bununla barışmalı ki, indiki mərhələdə Ermənistanın salamat qalmağına yeganə yol – hərfi mənada – Rusiyadan keçir. Amerikalıların yardımının sıfırlaşması üçün bu yetərlidir. Amma Ermənistan yenə də onun “başqa zərflər” hesabına 40 milyon dollara qədər kəskin artımına ümid edir.
Ancaq Ermənistan bu pulu əldə emək üçün nə etməlidir? Görünür, Rusiya, KTMT, AİB-lə münasibətləri qırmalı və özünü məhv etməlidir. Nə olar ki, Paşinyanın seçim üçün nəyisə var.