Vaxt.Az

Konqres Trampı məcbur edə bilər


 

“CAATSA” qanununa görə tətbiq olunan sanksiyalara daha bir ölkə qoşulur?

Konqres Trampı məcbur edə bilər Amerika Birləşmiş Ştatları (ABŞ) Konqresinin respublikaçıları və demokratları ölkə prezidenti Donald Trampı Türkiyəyə qarşı sanksiyalar tətbiq etməyə məcbur edə bilərlər.

“Trend”in verdiyi xəbərə görə, bu barədə “The Washington Post” qəzeti məlumat yayıb.

Qəzetin məlumatına əsasən, Konqres üzvləri Türkiyəyə qarşı sanksiyaların bu ölkənin Rusiyadan S-400 zenit-raket komplekslərini alması səbəbindən tətbiq edilməyini istəyirlər.

Sanksiyalar 2017-ci ildə ABŞ-da qəbul edilən “CAATSA” (“Amerika əleyhinə olanlara qarşı sanksiyalar vasitəsilə mübarizə haqqında”) qanununa uyğun olaraq tətbiq edilməlidir.

 





07.08.2019    çap et  çap et