Yayılan məlumatlarda bildirilir ki, «Neftçi»nin futbolçusunun toplanışa çağırılmamasına azarkeşlərə «orta barmaq» işarəsi ilə təhqir jesti səbəb olub. Buna qədər toplanışlara müntəzəm dəvət alan futbolçunun bu dəfə çağırılmamasının əsas səbəbi dəqiq məlum deyil. Yığmanın baş məşqçisi Berti Foqts hələ yekun heyəti açıqlanmamışdan qabaq Mahirin aparılmayacağı barədə əksər KİV-lərdə xəbər verilmişdi. Nə Foqts, nə də başqa hansısa tərəf bu qərar barədə hələ ki heç bir açıqlama verməyib.