Orta aylıq gəlirin 550 manat olan ölkədə illik təhsil haqqının 5500-6500 manat olması absurddur. Və heç bir tənqidə dözmür.
Ümumiyyətlə, dövlət universitetlərində təhsil pullu ola bilməz. Ödənişli təhsil yalnız özəl universitetlərdə və dövlət universitetlərində oxuyan əcnəbi tələbələrə aid olmalıdır. Ümumiyyətlə, universitetlərdə təhsil haqqının hansı kriteriyalarla müəyyənləşməsi bəlli deyil – hər rektor xəyalına uyğun təhsil haqqı müəyyən edir. Qızımın daxil olduğu Uludağ Universitetində seçdiyi ixtisas (sosiologiya) üzrə əcnəbilərə təhsil haqqı 2000 lirədir – 610 manat. BDU-da eyni ixtisas üzrə yerli tələblərə isə illik təhsil haqqı 2500 manatdır – düz 4 dəfə çox. Təbii ki, reytinqinə görə isə Uludağ Universiteti BDU-dan ən azı 4 dəfə öndədir – nə məntiq var, nə aydın kriteriya...
Yaxşı olardı ki, hökumət dövlət universitetlərində yerli tələbələrin ödənişdən tam azad edilməsi barədə qərar qəbul etsin. Bu həm xeyli aztəminatlı təbəqəni əhatə edəcək sosial layihə olar.