Buna qədər müntəzəm oynamayan və formasından xeyli uzaq düşən rusiyalı futbolçunun fasilədən sonra ilk sınaqdaca «Qarabağ»a qarşı meydana çıxması və əvəzlənmədən oynaması sonradan həm ona, həm də baş məşqçi Yuri Syominə qarşı tənqidlər yaratdı. İzmaylova şişirdilmiş məbləğin verildiyi yazıldı və nəhayət, «Qəbələ» rəsmi münasibətlə məsələyə aydınlıq gətirdi. 500, 700 min bildirilsə də, klubun vitse-prezidenti Fariz Nəcəfov futbolinfo.az saytın müsahibəsində konkret rəqəm açıqlayıb. Məlum olub ki, yay qədər icarəyə götürülən futbolçuya bu müddət üçün 150 min (valyutanın adı bildirilməyib) ayrılıb.