ABŞ-ın atom aviadaşıyıcısı «Corc Buş» fevralın 27-dən Aralıq dənizində döyüş növbəsindədir. ANS PRESS-in məlumatına görə, bu barədə Pentaqondan məlumat verilib.
«Aviadaşıyıcı plan üzrə dənizdə təhlükəsizlik əməliyyatlarını dəstəkləyir və ABŞ hərbi-dəniz qüvvələrinin beşinci və altıncı donanmalarının bölgədəki öhdəliklərinə yardım edir», - deyə məlumatda bildirilir.
Fevralın ortalarında Amerikanın Virciniya ştatında yerləşən Norfolk hərbi bazasından «Corc Buş» aviasiya daşıyıcısının rəhbərliyi altında aviasiya zərbə qruplaşması yola çıxıb.
  çap et