Özəl sektorun maliyyələşdirdiyi Amerika Neft İnstitutunun (API) məlumatlarına görə, ABŞ-da xam neft ehtiyatları ötən həftə 10.5 milyon barel artıb.
Enerji İnformasiya İdarəsinin (EIA) Cümə axşamı günü açıqlayacağı rəsmi göstəricilər də bu artımı təsdiq edərsə, ehtiyatlar 2017-ci ilin Fevral ayından bu yana ən böyük artımını reallaşdırmış olacaq.
Bakı vaxtı ilə saat 11:30-da Brent nefti 0,8 faiz ucuzlaşma ilə 58,93 dollardan alıcı tapıb. ABŞ xam neftinin qiyməti isə 0,9 faiz düşərək 52,90 dollara geriləyib.
***
Bütün olanlara baxmayaraq, Azərbaycanın dünya bazarına çıxardığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,69 ABŞ dolları və yaxud 0,10 faiz bahalaşıb.
“Azeri Light” markalı neft birjalarda 63,61 dollardan satılır.