Dəyişikliklərə əsasən artıq qadın futbolçular başlarını örtərək oyunlara çıxa biləcəklər. Həmçinin idmançıların formalarının altında şüarlar və ya şəkillər olan köynəklər geyinməsi qadağa olunub. İyunun 1-dən etibarən bu qaydanı pozmağa görə cəza tətbiq olunacaq. Narıncı vərəqə göstərilməsi ilə bağlı təşəbbüs isə qəbul olunmayıb. (Trend)