Vaxt.Az

Belarusdan növbəti “Yox!”


 

Kremli bu sözə alışdırırlar

Belarusdan növbəti “Yox!” Belarus Təhlükəsizlik Şurasının katibi, general Stanislav Zas bəyan edib ki, Rusiyadan Su-30SM qırıcılarının əldə edilməsində kömək istəyiblər. Amma Rusiya bunun əvəzində Belarus ərazisində aviabaza yerləşdirmək istəyib.

Generalın bildirdiyinə görə, Minsk bu məsələdə “öz imkanlarına arxalanmağı” qərara alıb və Rusiyanın aviabaza yerləşdirməsinə yox cavabı verib.

“Onlardan Su-30SM qırıcılarının təchizatında kömək xahiş elədik. Əvəzində bizim ərazimizdə Rusiyanın hərbi-hava bazasının yerləşdirilməsi təklifini aldıq. Lakin razılaşın ki, bunlar ikisi eyni şey deyil: ərazimizdə hərbi-hava bazasının yerləşdirilməsi bizim özümüzün döyüş aviasiyasının inkişaf etdirilməsi problemini həll etmir”, - Stanislav Zas deyib.

O, əlavə edib ki, məsələnin həllində bilavasitə prezident Aleksandr Lukaşenko iştirak edib. “Onun iştirakı olmadan biz indi bu vəzifəni həll edə bilməzdik”,-o bildirib.

Zas məlumat verib ki, Belarus öz imkanları hesabına Rusiyadan 12 Su-30SM qırıcısı alıb. Bunlar hava, yerüstü və dəniz hədəflərinin məhv edilməsi üçün nəzərdə tutulan ağır qırıcılardır. (Virtualaz.org)

 





14.11.2019    çap et  çap et