Vaxt.Az

Krımı Rusiyadan azərbaycanlı general qoruyur


 

Kamal Cəlilov 1990-cı ilə qədər Bakıda yaşayıb

Krımı Rusiyadan azərbaycanlı general qoruyur Aznews.az-ın Krımdakı mənbələrdən əldə etdiyi məlumata görə, muxtar respublikanın yerli əhalisi Rusiyanın yarımadanı ələ keçirməsi cəhdini qəzəblə qarşılayır.

Artıq yarımadanın aborigen vətəndaşları, yəni tatarlar rus hərbi birləşmələrinə qarşı özünümüdafiə dəstələri formalaşdırır.

Özünümüdafiə dəstələrinə isə milliyyətcə azərbaycanlı olan Ukraynanın xüsusi xidmət general-mayoru Kamal Cəlilov rəhbərlik edir.

Kamal Cəlilov haqda məlumatda isə qeyd edilir ki, 1990-cı ilə qədər Bakıda yaşayan və valideynləri ayrıldıqdan sonra milliyyətcə tatar olan anası ilə Krıma köçən generalın atası azərbaycanlıdır.

Kamal Cəlilovun bacısı Dinara Cəlilova isə Krım Muxtar Respublikasının Ali Radasında təhlükəsizlik məsələləri üzrə sədr müavindir.

Xatırladaq ki, Ukraynada «Maydan» hərəkatının qələbəsindən sonra Rusiya bu ölkəyə təzyiqləri artırıb. Əhalisinin çoxunu rusdilli vətəndaşlar təşkil edən Krım Muxtar Respublikasında Ukraynaya etimadsızlıq tələbləri səslənir.

Yarımadada əsas obyektlər rus özünümüdafiə dəstələri adı altında Rusiya hərbi birləşmələrinə məxsus silahlılar tərəfindən nəzarətə alınıb.

 





01.03.2014    çap et  çap et