APA-nın «UNİAN»a istinadən verdiyi xəbərə görə, o bu barədə öz «Twitter» səhifəsində yazıb. «Rusiya Ukraynanın suverenliyi, ərazi bütövlüyü, sərhədlərinə hörmət etməlidir, bu həmçinin Rusiya qoşunlarının Ukrayna ərazisində irəliləməsinə də aiddir», deyə o bildirib və Krımda vəziyyətin təcili normallaşmasının vacibliyini əlavə edib. «NATO müttəfiqləri sıx əlaqələndirməni davam etməlidirlər», deyə NATO-nun baş katibi vurğulayıb.
Rusiya Federasiyası Şurasının spikeri
Valentina Matviyenko isə ABŞ və NATO-nun Ukraynaya qoşun yeritmə ehtimalını
şərh edərkən bəyan edib ki, NATO-nun Ukraynaya qoşun yeritməyə heç bir əsası
yoxdur.
«Hansı əsasla? Biz NATO və ABŞ-a
Ukraynaya qoşun yeritməyə razılıq verməmişik», deyə Matviyenko bildirib.
«Biz qanunvericiliyə və konstitusiyaya uyğun olaraq addım atırıq. Bu cür son tədbirin istifadəsi üçün əsaslar olmalıdır. Bizim nəyə əsaslandığımızı mən artıq izah etdim – bizim soydaşlarımız, rusdilli əhali təhlükə altındadır. Bundan başqa Krım hökuməti Ukraynada davam edən qanunsuzluq və xaosdan qorunmaları üçün Rusiyaya müraciət edib», deyə Matviyenko əlavə edib.