ANS PRESS-in məlumatına görə, Milli Strategiya İnstitutunun təsisçisi və direktoru, Milli Strategiya Şurasının keçmiş direktoru Stanislav Belkovski bu fikri «Snob» portalında dərc olunmuş köşə yazısında bildirib.
«Beləliklə, biz Ukraynaya qoşun yeritmək istəyirik. Rusiyanın Qara dəniz donanmasını Amerikanın Bəhreyndə yerləşən 5-ci donanmasının iki-üç raketi ilə məhv etmək olar. Bunun üçün hətta 5-ci donanmanı Qara dəniz hövzəsinə yeritmək lazım deyil, sadəcə düyməni basmaq və raketi buraxmaq yetərlidir. Maraqlıdır, sabah Vladimir Jirinovski və Gennadi Züqanov - Rusiya siyasətinin əsas fahişələri harada olacaq. Çünki fahişəlik peşəkar məşğuliyyətdir, həvəskar iş deyil, onlar anlayan kimi Putinin sonu çatıb, «qarın ağrısına düşəcəklər». Baxaq, sabah onlar harada olacaqlar - bu, çox önəmli indikatordur», - deyə Belkovski bildirib.