Vladimir Putinin qərarından sonra Rusiya Silahlı Qüvvələri hələlik Ukraynaya girməyib. ANS PRESS-in məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
«Vladimir Putin Ukraynadakı vəziyyəti nəzərdən keçirəndən sonra Silahlı Qüvvələrin ölkəyə daxil olub-olmaması barədə qərar verəcək. Amma ümid edirik ki, Ukraynada hadisələrin inkişafı bu cür davam etməyəcək», deyə Peskov bildirib.