“Artıq 5 milyon dollar gəlir götürülüb. Bu məbləğ isə peyki hazırlayan ABŞ şirkətinin kreditinə yönləndirilib”.
Nazir həmçinin bildirib ki, 2013-cü ilin sonundan etibarən Azərbaycanda analoq televiziya yayımı dayandırılacaq.
“Azərbaycanda rəqəmsal televiziya yayımına keçidlə əlaqədar işlər sürətlənib. Artıq bu ilin sonundan analoq yayım dayandırılacaq və gələn ildən tamamilə rəqəmsal yayıma keçiləcək”.