Vaxt.Az

Yeni spiker kimdir?


 

Filoloq, prorektor və Amerika ədəbiyyatı üzrə mütəxəssis …

Yeni spiker kimdir? Milli Məclisin Sədri postuna namizədliyi irəli sürümüş Sahibə Əli qızı Qafarova filologiya elmləri doktorudur. Bakı Slavyan Universitetinin prorektorudur.

1955-ci ildə anadan olub.

Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvüdür.

İki ali təhsil alıb. M.F. Axundov adına Azərbaycan Pedaqoji Rus dili və Ədəbiyyatı İnstitutunu və Azərbaycan Dillər Universitetini (ingilis filologiyası üzrə) bitirib.

1978-1980-ci illərdə Şəmkir şəhərində (orta məktəbində rus dili və ədəbiyyatı müəllimi kimi pedaqoji fəaliyyət göstərib. 1981-ci ildən Slavyan Universitetində çalışır.

Sahibə Qafarova ədəbiyyat nəzəriyyəçisi, müasir rus və Amerika ədəbiyyatı üzrə mütəxəssisdir. 70-dən çox elmi və tədris-metodik işin, proqramların, dərs vəsaitlərinin müəllifidir. Ədəbiyyatda  Gender problemlərinin tədqiqi ilə məşğuldur.

Professor Sahibə Qafarova bir sıra beynəlxalq təlim proqramlarının və layihələrin  iştirakçısı olub.

2006-cı ildə ABŞ Dövlət Departamentinin “Fulbright Scholarship” proqramı çərçivəsində Miçiqan Universitetinin “Gender araşdırmaları” İnstitutunda çalışıb. ABŞ-ın Prinston, Miçiqan, Tennessi Universitetlərində mühazirələrlə çıxış edib.

2004-cü ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

IV və V və VI Çağırış Azərbaycan Respublikasının Milli Məclis deputatı seçilib.

2015-2017-ci illərdə AŞPA-nın “Qadınlara qarşı zorakılıqla mübarizə” üzrə Baş məruzəçisi olub. Həmin gurumun “Qadınlara qarşı zorakılıqla yox!” şəbəkəsinin siyasi koordinatoru və rəhbəri vəzifəsində çalışıb.

2016-2017-ci illərdə AŞPA-nın miqrasiya, qaçqınlar və məcburi köçkünlər üzrə Komitəsinin sədri olub. Həmin illərdə AŞPA-nın Büro üzvü olub.

2018-ci ildən AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəridir.

 





10.03.2020    çap et  çap et